Bakıda zavodda yanğın olub

Bakıda zavodda yanğın olub
  22 Mart 2015    Oxunub:1783
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi səhər saatlarında baş verib.
Qaradağ rayonundakı zavodun ərazisində işıq generatorunun yanar hissələri yanıb. Məlumata əsasən, yanğının ətrafa yayılmasına imkan verilməyib və ərazidəki digər obyektlər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın bu gün səhər saat 08:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Baş verən yanğın nəticəsində xəsarət alanlar haqqında heç bir məlumat verilmir.

AzVision.az


Teqlər:



Xəbər lenti