Ölkəmizdə intranet lokal şəbəkəsi yaradılıb

Ölkəmizdə intranet lokal şəbəkəsi yaradılıb
  22 Mart 2015    Oxunub:2449
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) intranet lokal şəbəkəsinin yaradılması ilə bağlı texniki işləri başa çatdırıb.
AzVision.az xəbər verir ki, lokal internet trafikdən istifadəni optimallaşdırmaq və istifadəçilərin "Elektron hökumət" (e-gov.az) portalına keyfiyyətli girişini təmin etmək məqsədilə yaradılıb.

MHM-dən bildiriblər ki, hazırda internet servis provayderlərin lokal şəbəkəyə qoşulması üzrə işlər aparılır: "Trafik mübadiləsi üçün buraxılış qabiliyyəti 1 giqabit/saniyə olan kanal işə salınlb".

Trafik istehlakı artdıqca məlumatların ötürülməsi sürəti 10 giqabit/saniyəyədək artırıla bilər.

İnternet trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yükünü 40 faizədək azaltmağa imkan verəcək.

/Trend/


Teqlər:  



Xəbər lenti