Millimizin baş məşqçisi istefa verdi

Millimizin baş məşqçisi istefa verdi
  23 Mart 2015    Oxunub:2060
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev istefa verib.
AzVision.az qol.az-a istinadən xəbər verir ki, buna M.İsayevin komandasının Bakıda keçirilən Avropa çempionatının elit-raund mərhələsində acınacaqlı çıxışı səbəb olub.

Azərbaycan millisi qrupa keçirdiyi hər üç oyunda uduzub, rəqib qapısına bir qol vura bilməyib, öz qapısından isə 11 qol buraxıb.

M.İsayev özü Sportnet.az saytına açıqlamasında istefa verdiyini təsdiqləyib.

Gənc mütəxəssis səbəb kimi Avropa çempionatının elit-raundunda komandasının aciz çıxışını göstərib: "Biz çox aciz komanda gördük, futbolçularım turnir boyunca xarakter göstərmədilər. Mən belə komanda ilə işləmək istəmirəm. Ona görə də istefa verdim. AFFA rəhbərliyi istefamı qəbul etməsə belə, bu komanda ilə çalışmayacağam".


Teqlər:





Xəbər lenti