Bayram günü dəhşətli statistika: 9 ölü, 25 yaralı

Bayram günü dəhşətli statistika: 9 ölü, 25 yaralı
  23 Mart 2015    Oxunub:1590
Bayram günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyevin AzVision.az-a verdiyi məlumata görə, martın 20-dən 23-ə qədər ölkə ərazisində 25 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

K. Əliyev baş verən yol nəqliyyat hadisələrindən 10-nun Bakıda qeydə alındığını bildirib. Paytaxtda baş verən qəzalarda 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:



Xəbər lenti