Qubernator azərbaycanlıları təbrik etdi

Qubernator azərbaycanlıları təbrik etdi
  23 Mart 2015    Oxunub:1561
Amerikalı qubernator azərbaycanlıların Novruz bayramını təbrik edib.
AzVision.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ABŞ-ın Pensilvaniya ştatının qubernatoru Tom Vulf ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edən rəsmi proklamasiya açıqlayıb.

Sənəddə deyilir ki, ştatın azərbaycanlı icması Pensilvaniyanın ayrılmaz tərkib hissəsidir. Onun üzvləri öz tarixi, mədəni irsi və çoxəsrlik ənənələri ilə ştatın əhalisinin mədəni müxtəlifliyinə böyük töhfə verib.

Sonra sənəddə qədim Novruz bayramının qeyd edilməsində musiqi, ifaçılıq və kulinariya ənənələrinin əhəmiyyəti və bütün bunların qorunub saxlanılmasında gənc nəslin rolu vurğulanıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti