Bayramda 9 nəfər dünyasını dəyişdi
Verilən məlumat görə, martın 20, 21, 22 və 23-də baş verən 35 qəzanın 20-si paytaxtda qeydə alınıb. Paytaxtda baş verən qəzalar zamanı 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Son üç gündə baş verən hadisələrin 60 faizi piyadavurma ilə bağlı olub. Piyadavurma hadisələri ən çox paytaxtın payına düşüb. Belə ki, 8 hadisədən 6-sı Bakıda baş verib. Ölüm hallarının hamısı bu faktlarla bağlıdır.
Ölümlə nəticələnən yol qəzalarının böyük əksəriyyəti axşam saatlarında baş verib. Belə ki, sutkanın qaranlıq vaxtı yol qəzaları zamanı 7 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


