Bakı sakini həmyerlisini bıçaqladı

Bakı sakini həmyerlisini bıçaqladı
  24 Mart 2015    Oxunub:1385
Bakıda bıçaqlaşma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə martın 20-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Nicat Babayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Ağasif Niftəliyev tutulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti