Şəkər xəstəliyi və müalicə üsulları
Ümumi məsləhətlər
Sidikqovucu dərmanlardan istifadə etmək olmaz. Qidalanma gün ərzində ən azı, 4-5 dəfə olmalıdır.
Çay , su əvəzinə meyvə tərəvəz şirələrindən istifadə etmək lazımdır.İstədiyin qədər.
Turş narın suyu , tut gavalı, xiyar suyu, balqabağın suyu, nanə və gül suyu çox xeyirlidir.
Balıq əti nar şərabnan, həftədə 2 dəfə. Acı istiot yemək olmaz.
Qənd əvəzinə zoğaldan, böyürtkəndən istifadə etmək olar. Baş soğanı bişmişdən və ya ayrıca bişirib, yemək xəstənin əhval-ruhiyyəsini yaxşılaşdirir. Moruğun və böyürtkənin yarpağını çay kimi dəmləyib içmək olar.
Qarpız bədəndən şəkəri qovur, üzüm və yemiş isə artırır. Spirtli içkiləri və siqareti azaltmaq lazımdır. Yüngül idman növləri ilə məşğul olmaq vacibdir.
Müalicə üsulları
4-5 ədəd yumurta boyu soğanı , 1 şüşə bankaya qoyub, üstünə 2 litr qaynamış suya töküb, otaq hərarətində 24 saat saxlamaq lazımdır.24 saatdan sonra suyu süzüb , soğanları atmaq, həmin suyun otaq hərarətində saxlamaq şərti ilə, gündə 3-4 dəfə , 100 qram yeməkdən 20 dəqiqə qabaq içmək lazımdır...17 gün...Bu əməliyyatı ildə 1 dəfə təkrar etmək olar. Qara ciyəri və düz bağırsağı mütləq təmizləmək lazımdır...
Teqlər: