Azərbaycan-Türkiyə qardaşlıq gecəsi

Azərbaycan-Türkiyə qardaşlıq gecəsi
  25 Mart 2015    Oxunub:8642
İstanbulda Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçiriləcək.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə təmsilçiliyi aprelin 4-də İstanbul şəhərində Azərbaycan-Türkiyə qardaşlıq gecəsi təşkil edəcək. Bu barədə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu məlumat verib.

Bildirilib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni əlaqələri daha da möhkəmləndirməkdir.

Qardaşlıq gecəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müəllimlər, bu ölkədə təhsil almış azərbaycanlı məzunlar və tələbələr, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri iştirak edəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti