Bakıda bina yandı, sakinlər təxliyyə edildi

Bakıda bina yandı, sakinlər təxliyyə edildi
  25 Mart 2015    Oxunub:1772
Bakıda binada yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə nəticəsində Yasamal rayonundakı beşmərtəbəli yaşayış binanın pilləkan qəfəsinin altında yığılmış məişət tullantıları, istifadəsiz avtomobil ehtiyyat hissələri 6 kv.m sahədə, pilləkan qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti