Daha bir yol bağlandı

Daha bir yol bağlandı
  25 Mart 2015    Oxunub:1605
Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, uzunluğu 220 metr təşkil edən küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.

Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib. Sabahdan etibarən kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsinə başlanılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti