Bakıda mehmanxana işçilərinə təlimlər keçiriləcək

Bakıda mehmanxana işçilərinə təlimlər keçiriləcək
  25 Mart 2015    Oxunub:1202
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, kursların uğurlu nəticələr verdiyini, həmçinin ölkəmizdə I Avropa Oyunlarının keçiriləcəyini və xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq cari il aprelin 6-dan 13-dək (8 günlük) Bakı şəhərində növbəti mərhələnin - xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi nəzərdə tutulub.

Təlim-tədris kurslarında əsasən 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək.

Təlimlər Bakı Turizm Peşə Məktəbində keçiriləcək və aprelin 13-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti