AA seriyalı maşın polisi vurdu
Qəzanı törədən avtomobil isə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Rezervuar və Metal Konstruksiya MMC-yə məxsus olub.
Sürücü Mitsubishi markalı 50 AA 547 nömrəli avtomobillə xidmətdə olan 17-ci Polis Bölməsinin polis kapitanı 1965-ci il təvəllüdlü Kamal Əliyevi vurub. Polis kapitanı kəllə beyin travması xəsarəti ilə DİN-in Hospitalına yerləşdirilib.