Əli Həsənov: “Çalışırıq ki, balans qorunsun”

Əli Həsənov: “Çalışırıq ki, balans qorunsun”
  22 May 2013    Oxunub:1270
“Biz çox arzulayırıq və çalışırıq ki, insanların hüquqlarının balansı qorunsun, hüquqlar dolğun şəkildə təmin olunsun və hər bir vətəndaş Azərbaycan cəmiyyətinə inamını hiss etsin”.

AzVision.az xəbər verir ki, bu fikirləri “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O, vurğulayıb ki, bu baxımdan Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında öz əksini tapıb:

“Bu Konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və cəmiyyətdə tətbiqinə yönəlib. Əlbəttə bunun üçün qanunvericilik təşəbbüsləri bu istiqamətə yönəlməlidir”- deyə o əlavə edib.
Əli Həsənov Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti institutları, KİV-lə, yerli və beynəlxalq qurumlarla, o cümlədən hakimiyyətin digər qanadları ilə insan hüquqları sahəsində prinsipial məsələlərə dair dialoqların keçirilməsinə tərəfdar olduğunu qeyd edib:

“Hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır. Bu baxımdan, insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması, Azərbaycan cəmiyyətində aktual məsələlərdəndir”.

Nihadə


Teqlər:  





Xəbər lenti