Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şərq ərazilərində yağıntılı olacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


