“Bu şirkətlər uşaqların hüquqlarını pozur”

“Bu şirkətlər uşaqların hüquqlarını pozur”
  22 May 2013    Oxunub:1213
“Bu gün dünya üzrə, uşaqlarda olan pullar 200 milyard dolları ötür. Dünya şirkətləri uşaqların hüquqlarını pozur. Çünki o qədər sağlam olmayan reklam çarxları var ki...”
AzVision.az xəbər verir ki, bu sözləri “Uşaq hüquqları və Biznes Prinsipləri” adı altında keçirilən tədbirdə Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O, qeyd edib ki, Avropada ümumi əhalinin sayında uşaqların payı 12-13 faiz, kasıb ölkələrdə isə 45-50 faiz təşkil edir:

“İnvestisiya kasıb ölkələrə göndərilirmi? Necə edək ki, investisiyalar kasıb ölkələrə də göndərilsin? Sovet dövründə bu məsələ həll olunmuşdu. İndi də bu məsələ həll olunur. Amma, bu uşaqların əməyindən qanunsuz olaraq istifadə olunur. Qlobal maliyyə böhranında daha çox uşaqlar əziyyət çəkdi. Çünki, dünyanın aparıcı ölkələri böhranın əsas səbəbini ictimai maraqları toqquşmasını göstərirlər. Sovetlər dönəmində isə, ictimai maraqlar sözü var idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi olmalıdır”.

Z.Səmədzadə onu da vurğulayıb ki, son on ildə Azərbaycan strateji planlama həyata keçirir. Və bu planlamaların hər birində uşaqların müdafisəi ilə bağlı məsələlər öz əksini tapıb.



Teqlər:  





Xəbər lenti