`Bakı 2015`-in Tamaşaçı Məlumat Mərkəzi təqdim olundu

`Bakı 2015`-in Tamaşaçı Məlumat Mərkəzi təqdim olundu
  26 Mart 2015    Oxunub:1370
Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı ən yeni və dəyərli məlumatlarla təmin edəcək Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini ictimaiyyətə təqdim edib.
Avropa Oyunlarının Əməliyyat Komitəsindən AzVision.az-a verilən məlumata görə, 20-yə yaxın operator Bakı 2015 Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, "Şanslı Qalib" kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat verəcək.

Xəttə zəng vuranları komediya ustası, aktyor və aparıcı, Bakı 2015-in ulduz elçisi Murad Dadaşov salamlayacaq. O, həmçinin bir neçə tanınmış televiziya şousunun aparıcısıdır.

Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ilə Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq olar.

Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti