Əli Həsənov məmurlara çağırış etdi

Əli Həsənov məmurlara çağırış etdi
  22 May 2013    Oxunub:1358
“İstər məmur olsun, istər jurnalist, istərsə də adi vətəndaş, hər kəs qanunla qəbul edilmiş davranış normalarına əməl etməlidir. Məmurları da buna çağırırıq”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri yerli və xarici təşkilatların tənqidinə münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, ancaq medianın, jurnalsitlərin fəaliyyəti daha da göz önündə oluduğundan onların sözü daha qabarıq görünür.

“Jurnalist qələmi o insanlara verilməlidir ki, bu sərbəstlikdən istifadə edib insan hüquqlarını pozmasın . Yenə də, əsas şərt söz və fikir azadlığının qorunması, jurnalistlərin peşəkarlığının artırılmasıdır. Hər kəsin əməli qanun çərçivəsində olmalıdır”,-deyə PA rəsmisi əlavə edib.

Nihadə


Teqlər:  





Xəbər lenti