Bakıda məşhur avtoritet həbs edildi

  28 Mart 2015    Oxunub : 1934
Bakıda məşhur avtoritet həbs edildi
Bakıda kriminal avtoritet həbs edilib.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

Polisdən həmçinin bildirilib ki, S. Aslanov dəfələrlə məhkumluq həyata yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub.

S. Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Teqlər: