Baş nazir ad gününü qeyd etmir

Baş nazir ad gününü qeyd etmir
  18 Fevral 2013    Oxunub:2205
Bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvilinin 57 yaşı tamam olur.
Bu günü hökumət başçısı adi iş rejimində keçirəcək, çünki o, “ad gününü qeyd etməyi sevmir”, deyə gürcü mətbuatı yazır.
“18 fevral onun adi iş günüdür , bir neçə qapalı və açıq görüşlər, eləcə də qeyri-hökumət təşkilatları ilə görüşlər keçiriləcək. Baş nazirin ad günü onun adi iş rejiminə heç bir təsir etməyib”.
Həmçinin qeyd olunur ki, təntənəli olmasa da ilk dəfədir ki, İvanişvili ad gününü baş nazir kimi qeyd edir.


Teqlər:  





Xəbər lenti