Minsk qrupunun nəticəsizliyi ATƏT-in yaz sessiyasında

Minsk qrupunun nəticəsizliyi ATƏT-in yaz sessiyasında
  22 May 2013    Oxunub:1218
“Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələdə nəticə əldə etmələrinin işartılarını göstərir”.

AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada keçirdiyi görüşlər barədə sualı cavablandırarkən deyib.

Bahar Muradovanın sözlərinə görə, son dövrdə Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib. O, bildirib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi Komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb:

"Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq".

ATƏT-in Minsk qrupunun işi ilə bağlı sədr müavini bildirib ki, nəticənin olmaması ilə bağlı ATƏT-in Minsk qrupuna səslənən iradlar haqlıdır: "Paradoks ondan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti var, nəticə isə yoxdur".

B.Muradovanın sözlərinə görə, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi ATƏT-in yay sessiyasında qaldıralacaq: "Dağlıq Qarabağla bağlı məsələ ATƏT-in yay sessiyasına salınmadığı üçün bu məsələyə həlli uzadılmış münaqişələrə münasibət kontekstində fikrimizi bildirəcəyik".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti