Su anbarına qayıqla girdi, FHN tutdu

Su anbarına qayıqla girdi, FHN tutdu
  29 Mart 2015    Oxunub:1661
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsi yaxalayıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər Mingəçevir şəhəri, Mingəçevir su anbarının qadağan olunmuş ərazisinə rezin qayıqla daxil olub.

Dərhal FHN-in müvafiq mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:  



Xəbər lenti