Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, aprelin 3-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 23 məsələnin müzakirəsi təqdim edilib.
Onun sözlərinə görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək:
“Həmçinin bir çox qanunlara dəyişikliklər nəzərdə tutulub. “Məhkəmələr və hakimlər haqqında” , “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “ Polis haqqında”, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Seçki məcəlləsində”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında , “Haqsız rəqabət haqqında” qanuna dəyişiklik ediləcək.
Bundan əlavə “Kənd təsərrüfatı informasiya və məsləhət xidməti haqqında” qanun layihəsi I oxunuşda, “Reklam haqqında” qanun layihəsi isə II oxunuşda müzakirəyə çıxarılacaq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


