Bayramda yol qətliamı: 22 ölü, 135 yaralı

Bayramda yol qətliamı: 22 ölü, 135 yaralı
  29 Mart 2015    Oxunub:2071
“Martın 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər yaralanıb”.
Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, baş verən qəzaların 36-ı paytaxt ərazisində qeydə alınıb:

“Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bayram günlərində baş verən yol qəzalarında ölü sayı 50%-dən çox azalıb. Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib. Qəzalar zamanı 7 piyada ölüb, 24-ü xəsarət alıb. Avtonəqliyyat vasitələrinin aşması ilə nəticələnən 11 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb”.

Bayram günlərində nəqliyyat vasitəsinin maneəyə vurulması ilə nəticələnən 8 yol qəzasında 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Qurum rəsmisi bildirib ki, bayram günlərində 2 ağır hadisə qeydə alınıb. Bunlardan biri Mingəçevir şəhərində 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası digəri isə ötən gün Xətai rayonu ərazisində avtobusun ağır qəza keçirməsi nəticəsində 2 nəfərin ölüb, 3 nəfər yaralanıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti