Güləşçimiz Avropada bürünc medal qazandı

Güləşçimiz Avropada bürünc medal qazandı
  29 Mart 2015    Oxunub:1632
Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın beşinci günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Çempionatda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/841733


Teqlər:





Xəbər lenti