Azərbaycanda 894 milyonluq yatırım

Azərbaycanda 894 milyonluq yatırım
  29 Mart 2015    Oxunub:1807
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna 893,8 milyon manat investisiya qoyulub. Bu rəqəm 2014-cü ilin müvafiq dövrünün göstəricisindən( yanvar-fevral -775 milyon manat) 15,3% çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin ilk 2 ayının (yanvar, fevral) yekunu üzrə hesabatında deyilir.

Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital 988,3 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 893,1 milyon manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Qeyd edək ki, elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 14,5 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 57,7% azdır.

AzVision.az


Teqlər:  



Xəbər lenti