Xaçmazdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA

  29 Mart 2015    Oxunub : 1438
Xaçmazdakı dəhşətli qətllə bağlı rəsmi AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Xaçmazda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.
AzVision.az-a daxil olan birgə məlumata görə, 2014-cü il oktyabrın 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis Şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz Rayon Polis Şöbəsində Binnət Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyəti üzrə məhkəmə-tibbi ekspertizasına verilib.

Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, cinayətin törədilməsində istifadə edilmiş “TOZ-16” markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

AzVision.az

Teqlər: