Bakıda qadın kişinin maşınını qaçırdı

Bakıda qadın kişinin maşınını qaçırdı
  29 Mart 2015    Oxunub:2102
Bakıda avtomobil qaçırmış qadın saxlanılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Teqlər:



Xəbər lenti