İdmançının ölümü ilə bağlı cinayət işi açıldı

İdmançının ölümü ilə bağlı cinayət işi açıldı
  29 Mart 2015    Oxunub:2267
Bakıda idman yarışı zamanı idmançının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
AzVision.az Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun birgə məlumatına əsasən xəbər verir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri aparılmış, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:  



Xəbər lenti