​SOCAR-dan 750 milyon dollarlıq xəbər

​SOCAR-dan 750 milyon dollarlıq xəbər
  29 Mart 2015    Oxunub:1691
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib.
Bu barədə AzVision.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.Qurumdan verilən məlumata görə, investorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6,95% təşkil edib.

SOCAR tərəfindən yeni buraxılan avrobondların 39%-i Birləşmiş Krallığın, 18%-i Avropanın, 41%-i ABŞ-ın və 2%-i isə digər regionların payına düşüb. Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb.

Xatırladaq ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London fond birjasında avrobondlar emissiya etdikdən sonra 2013-cü ilin mart ayında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75% və müddəti 10 il olan ikinci avrobond emissiyasını uğurla həyata keçirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti