Ermənilər əsgərimizi yaralayıb

Ermənilər əsgərimizi yaralayıb
  22 May 2013    Oxunub:1310
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Hadisə Şəmkir Hərbi Birləşməsinin Daşkəsəndə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər Əmirov Seymur Mahir oğlu düşmən tərəfindən açılan atəş nəticəsində sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Apa-ya faktı təsdiqləyib.

Qeyd edək ki, S. Əmirov Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb.


Teqlər:  





Xəbər lenti