Qənirə Paşayeva gənclərə kitab bağışladı

Qənirə Paşayeva gənclərə kitab bağışladı
  29 Mart 2015    Oxunub:3947
Tovuz kəndlərində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və uşaqlarla, gənclərlə görüşü olub. Millət vəkili Qənirə Paşayeva gənclərlə kitab ətrafında söhbət aparıb və müəllifi olduğu “Məndən sonra …”, “Səndən sonra …”, “O…” , “Dünyanı dəyişən alimlər”, “Hesab vaxtı”, “Aşk deyince ötesini arama …” və s. kitablarını onlara hədiyyə edib.

`Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitaba meyilli olması əsas şərtdir`,- deyən millət vəkili inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini deyib və bildirib ki, gənclərlə müzakirələr aparmaqdan, onlara müəllifi olduğu kitabları hədiyyə etməkdən böyük məmnuniyyət duyur. Rayonda kitab evlərinin, dükanlarının açılmasına böyük ehtiyac olduğunu söylədiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, ziyalılarla, yazarlarla görüşlərin keçirilməsi, kitab təqdimatı və imzalanmalarının təşkil olunması bölgələrdə gənclər arasında kitab oxumağa meylin artırılması istiqamətində müsbət addım olardı. O, bu məsələ ilə bağlı rayon rəhbərliyinə və Tovuz əsilli bir sıra iş adamlarına müraciət etdiyini də deyib.

- Rayonda ən azı 1-2 kitab evinin açılması çox önəmlidir və mən iş adamlarımızdan bir daha buna diqqət yetirmələrini xahiş edirəm. Oxumaq, öyrənmək ən böyük zənginlikdir. Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası, oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də, biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,- deyən Qənirə Paşayeva gəncləri çoxlu kitab oxumağa çağırıb.


Teqlər:





Xəbər lenti