Nyu Cersi ştatı 31 martla bağlı qətnamə qəbul etdi

Nyu Cersi ştatı 31 martla bağlı qətnamə qəbul etdi
  29 Mart 2015    Oxunub:1672
ABŞ-ın Nyu Cersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib.
Amerika-Azərbaycan Cəmiyyətindən (Azerbaijan Society of America, ASA) AzVision.az-a verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır.

Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar.

Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib. Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti