İpoteka Fondu tender elan etdi

İpoteka Fondu tender elan etdi
  29 Mart 2015    Oxunub:1701
Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) 2 tender elan edib.
AİF-in Satınalmalar Komissiyasından AzVision.az-a verilən məlumata görə, tenderlərdən biri informasiya texnologiyaları sistemlərinin auditinin həyata keçirilməsi üzrə xidmətlərin alınması, digəri isə veb səhifəsinə texniki və tərcümə işləri üzrə illik dəstək xidmətinin göstərilməsi üçün elan edilib.

Məlumata görə, birinci satınalma üzrə ilkin sənədlər aprelin 15-dək, təklif zərfləri isə aprelin 28-dək, ikinci tender üzrə isə ilkin sənədlər aprelin 16-dək, təklif zərfləri isə aprelin 29-dək, qəbul ediləcək.

Audit xidmətlərinin göstərilməsi ilə bağlı elan edilmiş tender üçün qəbul edilmiş zərflərin aprelin 29-da, digər satınalma xidməti üzrə zərflərin isə aprelin 30-da AİF-in Bakı şəhəri Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında saat 15:00-da açılacağı deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti