Həm saxlamaq, həm də satmaq çətinləşib
Onların sözlərinə görə, ötən il havanın quraq keçməsi otun az olması ilə nəticələnib. Bu da öz növbəsində fermerlərə heyvanları qidalandırma prosesində problem yaradır.
Təsərrüfatındakı heyvanı saxlamağa çətinlik çəkən fermer də onu satmaq məcburiyyətində qalır. Satıcılar bildirir ki, bir neçə ay əvvələ qədər mal bazarına nəinki şimal regionundan, hətta paytaxt Bakıdan da alıcılar gəlirdi.
İndi onların sayı da azalıb. Hazırda bazarda iribuynuzlu heyvan almaq istəyən alıcı minimum 200 manat, xırdabuynuzlu heyvan almaq istəyən isə 75 manat pul xərcləməlidir. Xaçmazda ətin qiymətində də artım müşahidə olunub. Hazırda mal ətinin 1 kq-ı müştərilərə 7, qoyun əti isə 10 manata təklif olunur.
Teqlər: