Milyarder şeyx Bakıda hansı oteldə və neçəyə qalıb?

Milyarder şeyx Bakıda hansı oteldə və neçəyə qalıb?
  30 Mart 2015    Oxunub:6658
18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıya səfəri zamanı paytaxın ən dəbdəbəli və ən məşhur “Fairmont Baku” otelində gecələyib.

Bu barədə AzVision.az-a oteldən məlumat verilib. Bildirilib ki, Dubay şahzadəsinin özü ilə gətirdiyi qonaqlar da həmin oteldə qalıblar.

Oteldən qonaqların qaldıqları lüks nömrələrinin qiymətləri ilə də maraqlandıq. Qeyd edilib ki, ərəb şexyi “Fairmont Baku”də ən bahalı və lüks nömrəni sifariş edib.

“Oteldə iki ən böyük lüks otaq var. Otaqlar 100 kvadrat metrdir. Qiymətə səhər yeməyi, günorta şirniyyatlarla çay dəsgahı və şam yeməyi daxildir. Gecə də spirtli və spirtsiz içkilər verilir. Həmin otaqlar 20-ci mərtəbədən yuxarıda yerləşir. Otaqların birinin beş günlük qiyməti əlavə dəyər vergisi də daxil olmaqla 7 min manatdır. Həmin otaqların adları “Fairmont Gold Singanture Suitdir”. “Prezident” dairəsinin isə bir gecəlik qiymət 4485 manatdır. Burada iki yataq var. İçərisində qonaq otağı və mətbəxi də var. Oteldə cəmi bir “prezident” otağı var”.

Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin 18 milyard dollar sərvəti var.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti