Azərbaycan EQAR-a üzv seçildi
EQAR-ın Baş Assambleyasının iclasında ölkəmizi Təhsil Nazirliyinin hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin əməkdaşı Əfqan Abdullayev təmsil edib.
Ə.Abdullayev Baş Assambleyadakı çıxışında son illərdə Azərbaycanda təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib.
EQAR-ın prezidenti Andreas Orfanides Azərbaycanın sürətli inkişafından, təhsil sahəsində aparılan islahatlardan danışıb. A.Orfanides birinci Avropa Oyunlarından da söz açıb, onun Bakıda keçirilməsinin Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu deyib. Sonra Azərbaycan haqqında beş dəqiqəlik video-təqdimat olub.
Qeyd edək ki, EQAR Bolonya prosesinə üzvü ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


