Özbəklər Bakıda prezident seçdilər

Özbəklər Bakıda prezident seçdilər
  30 Mart 2015    Oxunub:1598
Özbəkistan prezidenti seçkiləri çərçivəsində Bakıda seçki məntəqəsində qeydə alınmış seçicilərin hamısı səs verib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, səs verənlərin sayı 200-ə çatmışdır.

Bakıdakı məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) səs vermə saat 20:00-da dayandırılmışdır.

Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.


Teqlər:



Xəbər lenti