İsmayıllıda film kimi cinayət – 60 minlik qızıl oğurlandı
Şahidlərin bildirdiyininə görə, oğurluq filmlərdə gördüyümüz səhnə üzrə baş verib. Belə ki, Murad Adgözəlov səhər saatlarında sahibi olduğu qızıl mağazasını açarkən tanımadığı bir nəfər ona yaxınlaşaraq kosmetika və gül buketi almaq istədiyini bildirib. Müştərinin arzusunu reallaşdırmaq üçün mağazadan uzaqlaşan sahibkar çanta dolu qızılı piştaxtanın üstündə qoyub obyektdən uzaqlaşıb. Müştəri cildinə girən oğru satıcı qızın başının qarışıq olduğundan istifadə edərək çanta dolu qızı götürərək aradan çıxıb.
Mağaza sahibinin bildirdiyinə görə, oğurlanan çantada 50-60 min manat civarında qızıl-zinət əşyaları olub.
Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən araşdırma aparılır. Hələlik oğrunun kimliyi müəyyən edilməyib.
Şahidlərin dediyin görə, oğurluq edən şəxs İsmayıllı sakini deyil.
Anar Rüstəmov







Vaxtında, Aydın, Lazımlı!


