Komitə sədri Azərbaycana keçən erməni ilə görüşəcək

Komitə sədri Azərbaycana keçən erməni ilə görüşəcək
  30 Mart 2015    Oxunub:1831
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov könüllü şəkildə Azərbaycan tərəfinə təslim olan erməni hərbçisi Andranik Araratoviç Qriqoryanla görüşəcək.
Bu barədə AzVision.az-a E.Behbudov özü məlumat verib. Hüquq müdafiəçisi qeyd edib ki, görüş zamanı erməni hərbçinin saxlanma şəraiti ilə maraqlanacaq:

“Görüş zamanı erməni hərbçinin vəziyyəti ilə maraqlanacağam. Həmçinin Ermənistan ordusunda da ona qarşı göstərilən münasibət barədə məlumat alacağam”.

Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti