Hava buludlu və küləkli olacaq

  Hava buludlu və küləkli olacaq
  22 May 2013    Oxunub:1309
küləkli və buludlu hava şəraiti davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənillir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.



Teqlər:  





Xəbər lenti