Azərbaycanlı İŞİD-çilər məhkəmə qarşısında

Azərbaycanlı İŞİD-çilər məhkəmə qarşısında
  30 Mart 2015    Oxunub:3781
Bu gün Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov və Ruslan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilirb
AzVision.az-ın məlumatına görə, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə saat 11:00-da başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin yanında əyləşmələri, cinayət işinə xitam verilməsi və işin yenidən istintaqa qaytarılması barədə vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Proses aprelin 6-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində radikal dini qruplaşmara qoşulan 26 Azərbaycan vətəndaşı tutulub.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti