Bakıya gələn ərəb milyarderlə bağlı AÇIQLAMA

Bakıya gələn ərəb milyarderlə bağlı AÇIQLAMA
  30 Mart 2015    Oxunub:4669
Dubay şahzadəsinin Bakının dəbdəbəli “Fairmont Baku” otelində qalması ilə bağlı AzVision.az-ın yaydığı məlumata aydınlıq gətirilib.

Oteldən AzVision.az-a göndərilən müraciətdə milyarder şahzadənin adıçəkilən oteldə qalması xəbəri təsdiq olunub.

Qeyd edilib ki, ərəb şexyi “Fairmont Baku”da ən bahalı-Kral dairəsini sifariş edib.

“Qonaqlar Fairmont Gold mərtəbəsində yerləşən otaqlarda qalırdılar. Fairmont Gold işgüzar və ya istirahət məqsədli səfərdə olan ən tələbkar qonaqların ehtiyac və istəklərinə cavab vermək üçün nəzərdə tutulan xüsusi imtiyazlar və xüsusilə diqqətli xidmət təklif edən eksklüziv oteldə yaşama şəraitidir”.

Ərəb qonaqlar aşağıdakı xidmətlərdən istifadə ediblər:

“Fərdi qeydiyyat masası, ödənişsiz yüksək sürətli internet qoşulması, müasir audio avadanlıq, gündə iki dəfə otaqların yığışdırılması, xüsusi Fairmont Gold işçi heyəti, fərdi Fairmont Gold Yeməkxanası – burada ödənişsiz kontinental delyuks səhər yeməyi, axşam içkiləri və qəlyanaltılar və simsiz yüksək sürətli İnternet qoşulması təklif olunub”.

Xatırladaq ki, martın 23-də ölkəmizə ova gələn Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin 18 milyard dollar sərvəti var.



Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti