Millimiz Avropada birinci oldu

Millimiz Avropada birinci oldu
  31 Mart 2015    Oxunub:2256
İtaliyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan millisi ümumi komanda hesabında birinci olub.

Tamaşaçılar 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalına şahid olublar. Belə ki, Davud Məmmədov Rüfət Tağızadəyə qalib gələrək turnirin qalibi adını qazanıb.

Digər cüdoçularımızdan Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Elbrus Zamanov (60 kq) və Hidayət Heydərov (66 kq) bürünc medal qazanıblar.

İyirmi beş ölkədən 416 cüdoçunun mübarizə apardığı yarışda İtaliya millisi ikinci, Rumıniya kollektivi isə üçüncü pillədə qərarlaşıb.


Teqlər:





Xəbər lenti