Azərbaycanda jurnalist narkotiklə tutuldu

Azərbaycanda jurnalist narkotiklə tutuldu
  31 Mart 2015    Oxunub:2912
Cəlilabad rayonunda polisə külli miqdarda narkotik maddə olması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədovun anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, daxil olan məlumata əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçiblər.

Məlumata əsasən polisin keçirdiyi əməliyyat zamanı 1993-cü il təvəllüdlü Xanış Əli oğlu Qasımov və 1978-ci il təvəllüdlü Səbuhi Allahyar oğlu Ağalarov saxlanılıb.

Onlardan ümumi çəkisi 4 kiloqram 70 qram narkotik maddə tapılıb. Tapılan narkotik içərisində 2 kq.135 qram heroin, 1 kq. 30 qram tiryək, 805 qram marixuana olub.

Araşdırmalar zamanı məlum olub ki, Səbuhi Ağalarov "Dedektivpress" qazetinin şöbə müdiridir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti