`Mitinqə getməyin` - Seymur Baycandan çağırış

`Mitinqə getməyin` - Seymur Baycandan çağırış
  31 Mart 2015    Oxunub:2641
Tanınmış gənc yazar Seymur Baycan Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı gənclərə müraciət edib.
AzVision.az xəbər verir ki, S.Bayran gəncləri mitinqə getməməyə çağırıb:

`Hörmətli gənclər, sizi 5 aprel mitinqində iştirak etməməyə çağırıram. 20 ildi insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm.

Milli şuranın sədri Cəmil Həsənli hələ də Azərbaycan yazıçılar birliyinin üzvüdür, xahişlərə və tələblərə bir qram da məhəl qoymadan xalqsız xalq yazıçısı Anar Rzayevi müdafiə etdi və onu dostum adlandırdı. Təkcə bu fakt Cəmil Həsənlinin nə qədər qeyri-ciddi və prinsipsiz adam olduğunu sübut edir. Mitinqə aparmağa adam lazımdırsa indi qoy Cəmil Həsənli zəhmət çəkib, Azərbaycan yazıçılar birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz daha yaxşı olar`.

AzVision.az


Teqlər:  





Xəbər lenti