Daha 111 məhkum azad olunub

Daha 111 məhkum azad olunub
  22 May 2013    Oxunub:1297
Ümumilikdə bu günə qədər Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 492 nəfər məhkuma tətbiq edilib.
Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu gün Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 111 nəfər məhkuma şamil edilib. Beləliklə, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında 22.05.2013-cü il tarixədək Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 492 nəfər məhkuma tətbiq edilib.

Cəzaçəkmə müəssisələrində Amnistiya Qərarının icrası Penitensiar xidmət üzrə təşkil edilmiş Komissiyanın, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir. Məhkumların azadlığa buraxılmasının kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib. Amnistiya Qərarının icrası davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti