Akademiyada yoxlama aparılacaq

Akademiyada yoxlama aparılacaq
  01 Aprel 2015    Oxunub:1750
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Bu barədə AzVision.az-a Hesablama Palatasından məlumat verilib.

Bildirilib ki, iclasda dövlət büdcəsindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aparatının saxlanılmasına və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və Tədbirlərə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış vəsaitlərin, eyni zamanda Akademiyanın büdcədənkənar daxilolmaları üzrə vəsaitlərin, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına dair audit tədbirlərinin nəticələri barədə Hesabatlar və Rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə iclasda müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xəzər rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə, AMEA-nın Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Göygöl rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair tədbirlər üzrə proqramlar təsdiq olunub.


Teqlər:





Xəbər lenti