TQDK yeni mərhələyə başladı

TQDK yeni mərhələyə başladı
  01 Aprel 2015    Oxunub:2134
"2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı"nın növbəti mərhələsi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, 01.04.2015-15.04.2015-ci il aralığını əhatə edən bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

TQDK bildirir ki, ümumtəhsil məktəblərinin əlaqələndiriciləri "Şagird-məzun" sisteminə daxil edilməmiş məlumatların 15.04.2015-ci il tarixədək əlavə edilərək təsdiqlənməsini təmin etməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti