`İslahatçı Gənclər` rektorla görüşüblər

`İslahatçı Gənclər` rektorla görüşüblər
  01 Aprel 2015    Oxunub:1554
"İslahatçı Gənclər" İctimai Birliyinin (İGİB) İdarə Heyətinin üzvləri Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev və rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri Elcan Məmmədovla görüşüblər. Görüşdə İGİB-lə BSU arasında qarşılıqlı əlaqələrin yaranmasının perspektivləri və əldə ediləcək nəticələr müzakirə olunub.

Professor Asif Hacıyev gənclərin sosial məşğuliyyətlərinə yönəlik bir neçə fikirlə çıxış edərək , müəyyən tövsiyələri çatdırıb. Universitet rektoru gənclərin layihə və fikirlərini daim dinləməyə və onlara kömək etməyə hazır olduqlarını bildirib. A.Hacıyev eyni zamanda, "İslahatçı Gənclər" İctimai Birliyilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri Elcan Məmmədov yaxın günlərdə başlayacaq pilot layihə ilə bağlı fikirlərini bölüşüb.

İGİB sədrinin müşaviri Cavid Süleymanlı birliyin strateji hədəflərindən danışaraq, təşkilat haqqında geniş məlumat verib. C.Süleymanlı əməkdaşlıq çərçivəsində mümkün ola biləcək bir neçə ortaq layihə haqqında fikirlər irəli sürüb.

Eyni zamanda, Birliyin idarə heyətinin üzvləri Əli Fərzəliyev və Samir Hüseynov müzakirələr zamanı müxtəlif fikir və ideyalarla çıxış ediblər.


Teqlər:





Xəbər lenti